Bakı-Pirşağı-Sumqayıt elektrik qatarı üzrə reyslərdən biri ləğv olunur

“Azərbaycan Dəmir Yolları” QSC avqustun 14-dən Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə hərəkət edən elektrik qatarlarından birinin reysini ləğv edəcək.

“Report” səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, məqsəd dəmiryolu infrastrukturunun kontakt şəbəkəsində cari təmir işlərinin aparılması, günorta saatlarında texniki fasilənin götürülməsidir.

Odur ki, Bakıdan 13:30-da yola düşən və Sumqayıtdan 14:30-da yola düşən qatar reysi ləğv edilir.

ƏvvəlkiBakı və Afina arasında birbaşa uçuşlara başlanılır
NövbətiBakı metrosunun iki stansiyası sabah gücləndirilmiş rejimdə işləyəcək