TBMM Azərbaycana hərbi qüvvə göndərmək barədə qanunu qəbul edib

Azərbaycana qoşun göndərilməsi barədə Prezident Memorandumu Türkiyə Böyük Millət Məclisinin Baş Məclisində qəbul edilib.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Beştepede hökumətin iclası keçirilib.

Toplantıda əsas müzakirə mövzusu Azərbaycanla Ermənistan arasında əldə olunmuş atəşkəs razılaşması, o cümlədən Türkiyənin Azərbaycana hərbi qüvvə göndərməsi olub.

ƏvvəlkiPrezident Şuşaya avtomobil yolunun tikintisinə 50 milyon manat ayırdı
NövbətiAzərbaycanda koronavirus infeksiyasına daha 2075 yoluxma faktı qeydə alınıb, 1139 nəfər sağalıb