Tanzaniyada təyyarə qəzasında 19 nəfər ölüb

Tanzaniyanın şimalında, Bukoba hava limanı yaxınlığında sərnişin təyyarəsinin Viktoriya gölünə düşməsi nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti ölkənin baş naziri Qassım Madjaliva istinadən məlumat yayıb.

Yerli “Citizen” qəzeti regional hakimiyyət orqanlarına istinadən yazıb ki, xilasedicilər qəzadan sonra 26 nəfəri sudan çıxara biliblər. Ümumilikdə, təyyarədə 39 sərnişin olmaqla 43 nəfər olub.

ƏvvəlkiDünya Kuboku: Azərbaycan yığması gümüş medal qazanıb
NövbətiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 37 yoluxma faktı qeydə alınıb