Tanzaniyada qızıl mədəni çöküb, 20-dən çox mədənçi ölüb

Tanzaniyanın şimalında qızıl mədəninin çökməsi nəticəsində azı 21 mədənçi həlak olub.

“Report”un “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə yerli hökumətin nümayəndəsi Yahaya Navanda bildirib.

Onun sözlərinə görə, şaxta güclü yağış nəticəsində dağılıb: “Ölənlərlə yanaşı itkin düşənlər də var. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir”.

Qəza zamanı mədəndə olan şaxtaçıların dəqiq sayı məlum deyil.

ƏvvəlkiMSK seçkiqabağı təşviqat aparmaq üçün püşkatma keçirəcək
NövbətiBakıda 4 dərəcə şaxta olacaq, rayonlara qar yağacaq