Tanzaniyada leysan yağışları 50-dən çox insanın həyatına son qoyub

Tanzaniyada bu ay yağan güclü yağışlar nəticəsində azı 58 nəfər ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə brifinqdə ölkə hökumətinin nümayəndəsi Mobhare Matinyi bildirib.

“Aprelin 1-dən aprelin 14-dək daşqınlara səbəb olan leysan yağışlar nəticəsində 58 nəfər həlak olub”, – deyən hökumət rəsmisi bildirib ki, 10 mindən çox evə ziyan dəyib, 76,6 min təsərrüfat zərər çəkib. Daşqınlar ən çox Tanzaniyanın sahil bölgələrini vurub.

ƏvvəlkiLaçında “Mərkiz” futbol klubu fəaliyyətə başlayıb
NövbətiAzərbaycan boksçusu Avropa çempionu olub