Tərtər rayonunda müsabiqə qaliblərinə qiymətli hədiyyələr təqdim olundu

Aprelin 29-də Tərtər Gənclər mərkəzində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi” İctimai Birliyinin həyata keçirdiyi Vətən Müharibəsinin Balaca Şahidləri layihəsi çərçivəsində Tərtər rayonundan müsabiqiyə qatılan şagirdlərin mükafatlandırılması, layihə çərçivəsində hazırlanan kitabın və saytın təqdimat tədbiri keçrildi.

Tədbiri giriş sözü ilə açan “Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi” İctimai Birliyinin sədri, Vətən Müharibəsinin Balaca Şahidləri layihəsinin rəhbəri Aydın Zeynalov içtirakçıları salamladıqdan sonra Tərtər rayonundan müsabiqiyə qatılan şagirdlərin arasından yer tutan qalibləri elan etdi. Layihə çərçivəsində nəşr olunan kitabı və saytı iştirakçılara təqdim etdi.

Xatırladaq ki, “Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi” İctimai Birliyinin həyata keçirdiyi Vətən Müharibəsinin Balaca Şahidləri layihəsi Bərdə, Ağdam, Tərtər rayonları və Gəncə şəhərindən olan orta məktəblərin 10 və 11 –ci sinif şagirdləri arasında keçrilib.

Müsabiqənin qaydalıarına görə Bərdə, Ağdam, Tərtər rayonları və Gəncə şəhərindən 4 nəfər birinci yerə, səkkiz nəfər ikinci yerə on iki nəfər üçüncü yerə layiq görülüb.

Qaliblərə qiymətli hədiyyələr, kitabda adı çıxan, lakin yer tuta bilməyən şagirdlərə isə Milli Dəyərlərin qorunmasına Ziyalıların dəstəyi – İctimai Birliyi-adından həvəsləndirici mükafatlar təqdim olundu.

Qaliblərə qiymətli hədiyyələr, kitabda adı çıxan, lakin yer tuta bilməyən şagirdlərə isə Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi İctimai Birliyi adından həvəsləndirici mükafatlar təqdim olundu.

Qaliblər:
1.Azərqızı Aysu -5 nömrəli tam orta məktəb- I yer
2.Seydanzadə Ayişə -M.Qarayev adına Qaraağacı kənd tam orta məktəb-II yer
3.Əsədzadə Ülvi -Əskipara kənd orta tam məktəb-II yer
4.Orucov Məhəmməd -Qapanlı kənd tam orta məktəb-III yer
5.Abdullayeva Nəzirə -M.Qarayev adına Qarağacı kənd tam orta məktəb-III yer
6.Hüseynzadə Canan- 5 saylı tam orta məktəb.-III yer
Həvəsləndirici mükafatlar :
1.Mirzəzadə Nərmin-Qapanlı kənd tam orta məktəb
2.İsmayılov Elgün -M.Qarayev adına Qaraağacı kənd tam orta məktəb
3.Quliyeva Türkan -5 saylı orta tam məktəb

Tədbirdə-Tərtər- təhsil idarəsi metodik mərkəzin direktoru Lamiyə müəllimə, Qapanlı kənd tam orta məktəbin direktoru Fitat müəllimə,kitabın məsləhətici Əhliman Hümbətov, İctimai birliyin üzvi Samir müəllim, şagirdlər və onların valideynləri iştirak etdilər.
Sonda tədbir iştirakçılarına “Balaca Şahidlər”kitabı paylanıldı.

ƏvvəlkiVolodimir Zelenski ilə Antonio Quterreş Mariupol böhranını müzakirə ediblər
NövbətiAğdam rayonunda müsabiqə qalibləri mükafatlandırıldı