Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 92 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 92 yoluxma faktı qeydə alınıb, 94 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 822 min 278 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 min 821 nəfər müalicə olunaraq sağalıb, 9 min 931 nəfər vəfat edib. Aktiv xəstə sayı 526 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 313, bu günə qədər isə ümumilikdə 7 milyon 277 min 812 test icra olunub.

ƏvvəlkiGəncəyə raket hücumları ilə əlaqədar 3 cinayət işinin istintaq aparılır – Baş Prokurorluq
NövbətiOktyabrın 11-də Azərbaycanda COVID-19 əleyhinə 786 doza vaksin vurulub