Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 90 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 90 yoluxma faktı qeydə alınıb, 67 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 826 min 401 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 min 875 nəfər müalicə olunaraq sağalıb, 10 min 8 nəfər vəfat edib. Aktiv xəstə sayı 518 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1779, bu günə qədər isə ümumilikdə 7 milyon 430 min 759 test icra olunub.

ƏvvəlkiBakı 2023-cü ili atəşfəşanlıqla qarşılayıb
NövbətiDekabrın 31-də Azərbaycanda COVID-19 əleyhinə 705 doza vaksin vurulub