Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 77 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 77 yoluxma faktı qeydə alınıb, 89 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 822 min 104 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 min 597 nəfər müalicə olunaraq sağalıb, 9 min 927 nəfər vəfat edib. Aktiv xəstə sayı 580 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 166, bu günə qədər isə ümumilikdə 7 milyon 271 min 311 test icra olunub.

ƏvvəlkiOktyabrın 8-də Azərbaycanda COVID-19 əleyhinə 837 doza vaksin vurulub
NövbətiBakıda yaşayış binasındakı yanğın söndürülüb