Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 72 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 72 yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 821 min 937 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 min 379 nəfər müalicə olunaraq sağalıb, 9 min 927 nəfər vəfat edib. Aktiv xəstə sayı 631 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 848, bu günə qədər isə ümumilikdə 7 milyon 266 min 943 test icra olunub.

Əvvəlki“Qarabağ” azarkeşləri Yunanıstanda hücuma məruz qalıb
NövbətiOktyabrın 6-da Azərbaycanda COVID-19 əleyhinə 856 doza vaksin vurulub