Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 68 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 68 yoluxma faktı qeydə alınıb, 129 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 822 min 346 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 min 950 nəfər müalicə olunaraq sağalıb, 9 min 931 nəfər vəfat edib. Aktiv xəstə sayı 465 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 518, bu günə qədər isə ümumilikdə 7 milyon 280 min 330 test icra olunub.

ƏvvəlkiDünya çempionatının favoriti bəlli olub
NövbətiOktyabrın 12-də Azərbaycanda COVID-19 əleyhinə 704 doza vaksin vurulub