Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 60 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 60 yoluxma faktı qeydə alınıb, 82 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 823 min 318 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 min 68 nəfər müalicə olunaraq sağalıb, 9 min 948 nəfər vəfat edib. Aktiv xəstə sayı 302 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 956, bu günə qədər isə ümumilikdə 7 milyon 323 min 276 test icra olunub.

ƏvvəlkiPutin Rusiyanın “taxıl sazişi”nə qayıtmaq şərtini açıqlayıb
NövbətiNoyabrın 1-də Azərbaycanda COVID-19 əleyhinə 657 doza vaksin vurulub