Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 5 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 5 yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 822 min 959 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 min 677 nəfər müalicə olunaraq sağalıb, 9 min 937 nəfər vəfat edib. Aktiv xəstə sayı 345 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 345, bu günə qədər isə ümumilikdə 7 milyon 307 min 57 test icra olunub.

ƏvvəlkiAzərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri başa çatıb
NövbətiAzərbaycanda bu günə qədər 14 milyon dozaya yaxın vaksin vurulub