Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 41 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 41 yoluxma faktı qeydə alınıb, 63 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 823 min 64 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 min 806 nəfər müalicə olunaraq sağalıb, 9941 nəfər vəfat edib. Aktiv xəstə sayı 317 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2104, bu günə qədər isə ümumilikdə 7 milyon 311 min 644 test icra olunub.

ƏvvəlkiPrezident İlham Əliyev Gürcüstanın təhsil və elm nazirini qəbul edib
Növbətiİrandakı insanları güllələyən terrorçu belə tutuldu