Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 36 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 36 yoluxma faktı qeydə alınıb, 43 nəfər müalicə olunaraq sağalıb, 1 nəfər ölüb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 823 min 100 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 min 849 nəfər müalicə olunaraq sağalıb, 9 min 942 nəfər vəfat edib. Aktiv xəstə sayı 309 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 112, bu günə qədər isə ümumilikdə 7 milyon 313 min 756 test icra olunub.

ƏvvəlkiABŞ Pakistana 30 milyon dollarlıq humanitar yardım göstərəcək
NövbətiBakıda BMT-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib