Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 274 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 274 yoluxma faktı qeydə alınıb, 613 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 817 min 596 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 805 min 170 nəfər müalicə olunaraq sağalıb, 9 min 852 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 min 574 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 252, bu günə qədər isə ümumilikdə 7 milyon 191 min 50 test icra olunub.

ƏvvəlkiAzərbaycan cüdoçusu Rövşən Əliyev açıq Avropa turnirinin finalına yüksəlib
NövbətiSentyabrın 10-da Azərbaycanda COVID-19 əleyhinə 1662 doza vaksin vurulub