Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 13 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 13 yoluxma faktı qeydə alınıb, 20 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 824 min 245 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 min 996 nəfər müalicə olunaraq sağalıb, 9 min 976 nəfər vəfat edib. Aktiv xəstə sayı 273 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 652, bu günə qədər isə ümumilikdə 7 milyon 371 min 423 test icra olunub.

Əvvəlkiİctimai birlik müharibə əlillərinə, şəhid ailələrinə pulsuz hüquqi yardım xidməti göstərib
NövbətiCeyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub