Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 116 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 116 yoluxma faktı qeydə alınıb, 235 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 min 404 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 780 min 771 nəfər müalicə olunaraq sağalıb, 9 mın 651 nəfər vəfat edib. Aktiv xəstə sayı 982 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 144, bu günə qədər isə ümumilikdə 6 milyon 662 min 84 test icra olunub.

ƏvvəlkiMartın 19-da Azərbaycanda COVID-19 əleyhinə 17 min dozaya yaxın vaksin vurulub
NövbətiBayden: “Novruz sevdiklərinizə şükür etmək, süfrə arxasında toplaşmaqdır”