Martın 19-da Azərbaycanda COVID-19 əleyhinə 17 min dozaya yaxın vaksin vurulub

Martın 19-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 16 min 974 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 801, ikinci doza vaksinlərin sayı – 1 min 864, üç və daha çox doza vaksinlərin sayı – 13 min 498, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 811-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 355 min 516, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 318 min 721, ikinci mərhələ üzrə 4 milyon 812 min 983, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 253, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 223 min 559-dur.

ƏvvəlkiBakıdan İstanbula yola düşən təyyarələri əlverişsiz hava ilə bağlı eniş edə bilməyib
NövbətiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 116 yoluxma faktı qeydə alınıb