Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 11 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 11 yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 825 min 420 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 min 879 nəfər müalicə olunaraq sağalıb, 9 min 993 nəfər vəfat edib. Aktiv xəstə sayı 548 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 622, bu günə qədər isə ümumilikdə 7 milyon 407 min 971 test icra olunub.

ƏvvəlkiBakı-Naxçıvan marşrutu üzrə aviareyslər yenidən təxirə salınıb
NövbətiTƏBİB-in yeni yaradılan veb-saytı təqdim edilib