Bakı-Naxçıvan marşrutu üzrə aviareyslər yenidən təxirə salınıb

Naxçıvan ərazisində hava şəraitinin pisləşməsi ilə əlaqədar dekabrın 19-da “Azərbaycan Hava Yolları” aviaşirkətinin Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana və əks istiqamətdə planlaşdırılan reyslərinin həyata keçirilməsi yenidən təxirə salınıb.

Bu barədə “Report”a “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) bildirilib.

Xatırladırıq ki, uçuşların təhlükəsizliyi məqsədilə uçuşlar yalnız əlverişli hava şəraitində həyata keçiriləcək.

Qeyd edilib ki, AZAL təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir.

Əlavə suallar yarandıqda, aviaşirkətin 24 saat fəaliyyət göstərən çağrı mərkəzinə callcenter@azal.az elektron poçt ünvanı və ya +994 55 204 65 54, +994 70 437 40 86 “WhatsApp” nömrələri vasitəsilə müraciət edə bilərsiniz.

ƏvvəlkiXankəndi-Laçın yolunda aksiya iştirakçıları vətənpərvərlik ruhunda mahnılar ifa edirlər
NövbətiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 11 yoluxma faktı qeydə alınıb