Son sutkada Azərbaycanda koronavirusa 16 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 16 yoluxma faktı qeydə alınıb. Doxsan üç nəfər müalicə olunaraq evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 826 min 462 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 min 54 nəfər müalicə olunaraq sağalıb, 10 min 8 nəfər vəfat edib. Aktiv xəstə sayı 400 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 973, bu günə qədər isə ümumilikdə 7 milyon 433 min 695 test icra olunub.