“SpaceX” raket-daşıyıcının buraxılışını həyata keçirib

ABŞ-ın “SpaceX” şirkəti çərşənbə axşamı orbitə 114 kommersiya vasitəsi çıxaracaq “Falcon 9” raket-daşıyıcının buraxılışını həyata keçirib.

Trend-in məlumatına görə, bu barədə şirkətin saytında bildirilib.

Məlumata əsasən, raketin buraxılışı “Transporter-6” missiyası çərçivəsində yerli vaxtla saat 09:56-da Kanaveral burnunda (Florida) kosmodromundan baş tutub.

“Falcon 9” 114 mikropeyk və digər nəqliyyat vasitələrini aşağı Yer orbitinə çatdıracaq, onların yerləşdirilməsi buraxılışdan təxminən bir saat sonra başlayacaq.

ƏvvəlkiSon sutkada Azərbaycanda koronavirusa 16 yoluxma faktı qeydə alınıb
NövbətiTürkiyə ilə Bolqarıstan arasında təbii qaz nəqlinə dair anlaşma imzalanıb