Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 149 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 149 yoluxma faktı qeydə alınıb, 193 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 821 min 311 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 810 min 374 nəfər müalicə olunaraq sağalıb, 9 min 913 nəfər vəfat edib. Aktiv xəstə sayı 1024 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 456, bu günə qədər isə ümumilikdə 7 milyon 247 min 567 test icra olunub.