Novxanıda oteldəki yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin (112) qaynar xətt telefonuna Novxanı qəsəbəsində yanğın olması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, FHN-in yanğından mühafizə qüvvələri ünvana çatdıqdan sonra yanğının “Spring” Hotelin yardımçı tikilisinin hamam və sauna bölməsində baş verdiyi məlum olub. Binadakı şəxslər təxliyə olunub, xəsarət alan yoxdur.

Yanğından mühafizə qüvvələrinon operativ müdaxiləsi nəticəsində alovun otelin əsas binasına keçməsinin qarşısı alınıb, otel binası yanğından mühafizə olunub, yanğın məhdudlaşdırılıb. Yanğın söndürülüb.

Əvvəlki“Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında əsasnamədə dəyişiklik edilib
NövbətiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 149 yoluxma faktı qeydə alınıb