“Şolom Aleyxem” ilk dəfə Azərbaycan dilində çap olunub

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – dünya ədəbiyyatında “Şolom Aleyxem” imzası ilə tanınan məşhur yəhudi əsilli rus yazıçısı Solomon Rabinoviçin “Seçilmiş əsərləri” işıq üzü görüb.

Mərkəzdən APA-ya verilən xəbərə görə, insan xislətinə xas olan ən gizli, incə mətləbləri canlı səhnələr, duzlu yumorla təsvir etməyin ustası olan Şolom Aleyxem əsərlərində, yaşadığı dövrün eybəcərliklərini, cəhalət və savadsızlığın törətdiyi tragikomedik səhnələri kəskin satira atəşinə tutur.

Yazıçının  kitaba daxil edilən “Südçü Tevye” povesti, eləcə də “Gimnaziya”, “Əcdadların məzarı”, “Üç şəhər əhvalatı”, “Mərhəmət göstərmə!”, “Üç dul qadın”, “Kodnyanın ən xoşbəxti” kimi, iyirmidən çox hekayəsini dilimizə tanınmış tərcüməçi Fərhad Abdullayev çevirib.

ƏvvəlkiMüdafiə Nazirliyi: Düşmən təxribatına qarşı müvafiq tədbirlər görüləcək
NövbətiMədəni irsin qorunması və bərpası sahəsində çalışan bir qrup mütəxəssisə fəxri ad verilib