Mədəni irsin qorunması və bərpası sahəsində çalışan bir qrup mütəxəssisə fəxri ad verilib

Prezident İlham Əliyev mədəni irsin qorunması və bərpası sahəsində çalışan bir qrup mütəxəssisə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Turk.az-ın xəbərinə görə, sərəncama əsasən, Azərbaycan Respublikasında mədəni irsin qorunması və bərpası sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar memar”
Hüseynova Leyla Qafar qızı
Məmmədov Ədalət Eyvaz oğlu

 “Əməkdar mühəndis”
Kərimli Telman Nəcəf oğlu
Sultanov Zakir İmran oğlu

“Əməkdar mədəniyyət işçisi”
Nuriyev Fuad Lütvəliyeviç.

Əvvəlki“Şolom Aleyxem” ilk dəfə Azərbaycan dilində çap olunub
NövbətiAZAL Səudiyyə Ərəbistanının dörd şəhərinə uçmağı planlaşdırır