Şimali Koreya xakerləri Asiyanın kriptobirjasına hücum ediblər

Türk.az rusiya mətbuatına istinadən xəbər verir ki, “Lazarus” adlı xaker qrupu kriptobirjanın korporativ şəbəkəsinə “Celas Trade Pro” zərərverici tətbiq yükləyiblər.

Belə ki, xakerlər treyderlərə e-mail göndərərək həmin tətbiqi yükləməyi təklif ediblər. İstifadəçi tətbiqi yükləyəndən sonra kompüter “Fallchill” troyanı ilə yoluxub. Beləliklə, xakerlər treyderin məlumatlarını əldə edib, onun kriptovalyutalarını ələ keçirməyə nail olublar.

ƏvvəlkiPrezident İlham Əliyev Xətai rayonunda salınan idman-əyləncə park kompleksinin açılışında iştirak edib
NövbətiAngela Merkel Ermənistanda işgüzar səfərdədir