Azərbaycandakı poçt şöbələri növbəli iş rejimində fəaliyyət göstərir

Koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması üzrə Azərbaycan hökumətinin apardığı profilaktik tədbirlərlə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC-nin müvafiq poçt şöbələrində və “Şəbəkə” xidmət mərkəzlərində növbəli iş rejimi davam etdirilir.

“Report” xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, hazırda Bakının Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, 36 ünvanındakı 1 saylı “Şəbəkə” Xidmət Mərkəzi saat 09:00-dan 17:00-a qədər, Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaş şəhərlərində yerləşən “Şəbəkə” Xidmət mərkəzləri isə saat 09:00-dan 16:00-a qədər vətəndaşlara xidmət göstərir.

Eyni zamanda Bakı şəhərində yerləşən 1 saylı poçt filialının 1, 7, 22, 25, 33, 66; 2 saylı poçt filialının 9, 17, 65, 100, 102, 111, 117, 145, 146; 3 saylı poçt filialının 2 (MXŞ), 16, 27, 32, 34, 40, 48, 67, 74, 91, 92, 96, 104, 112, 118, 119, 123, 129, 133, 142, 149; 4 saylı poçt filialının 39, 41, 42, 43, 45, 46, 50, 77, 89, 90, 93, 120, 151, 156; 5 saylı poçt filialının 63 (MXŞ), 3, 4, 21, 23, 63, 80, 81, 82, 83, 170; 6 saylı poçt filialının 72 (MXŞ), 8, 29, 37, 38, 52, 53, 54, 72, 108, 114, 116, 130, 135, 147 saylı poçt şöbələri, eləcə də regionlardakı mərkəzi xidmət şöbələri 09:00-dan 16:00-a qədər fəaliyyət göstərir.

Poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi, teleqramların, məktubların, banderolların, bağlamaların, əsgəri göndərişlərin, pul köçürmələrinin ünvanı üzrə nəzarət-keçid müddətlərində çatdırılması, kommunal xidmət haqlarının yığılması təmin edilir.

ƏvvəlkiYAP Gəncə şəhər təşkilatının fəalları tənha və ahıl sakinlərə yardım edirlər
NövbətiMağazalarda təhlükəsiz hərəkət etməyin yolları – HƏKİM AÇIQLADI