Sentyabrın 23-də Azərbaycanda COVID-19 əleyhinə 709 doza vaksin vurulub

Sentyabrın 23-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 709 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 157, ikinci doza vaksinlərin sayı 131, üç və daha çox doza vaksinlərin sayı 364 pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 57-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 884 min 943, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 380 min 158, ikinci mərhələ üzrə 4 milyon 866 min 628, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 376 min 822, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 261 min 335-dir.

ƏvvəlkiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 214 yoluxma faktı qeydə alınıb
NövbətiJurnalistlərin VIII qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb