Sabahdan 3 gün ərzində güclü külək əsəcək

Martın 27-si səhərdən 30-u səhərədək hava şəraitinin küləkli olacağı, cənub-qərb küləyinin şimal-qərb küləyi ilə əvəz olunacağı, küləyin maksimal sürətinin 15-20 m/s, arabir 23-28 m/s, 28-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, Azərbaycanın rayonlarında martın 27-si səhərdən 30-u səhərədək ölkə ərazisində küləkli hava şəraitinin davam edəcəyi, cənub-qərb, qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s, 28-i gecə və səhər ayrı-ayrı yerlərdə arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.

ƏvvəlkiAvstriya Azərbaycanla uzunmüddətli qaz müqaviləsi bağlamağı təklif edir
NövbətiBu gün Qız Qalasının işıqları söndürüləcək