Paytaxt ərazisində müşahidə olunan güclü külək yollarda qəza riskini artırır

Hazırda paytaxt ərazisində müşahidə olunan güclü külək yollarda qəza riskini artırır.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsindən AZƏRTAC-a bildirilib ki, belə hava şəraiti ikitəkərli, o cümlədən moped, motosiklet, elektroskuter, velosiped tipli nəqliyyat vasitələrinin idarə edilməsində isə xüsusilə ciddi cətinliklər yaradır. Küləyin təsiri nəticəsində müvazinətin itirilməsi ikitəkərli nəqliyyat vasitələrinin aşma ehtimalını dəfələrlə artırır ki, bu da sürücünün özü, eləcə də digər nəqliyyat vasitələri və piyadalar üçün real təhlükədir.

Baş DYP İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə mövcud hava şəritini düzgün qiymətləndirməyi və bu tip nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyi tövsiyə edib.

ƏvvəlkiJak Delor vəfat edib
NövbətiAzərbaycanda bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək