Sabah bir sıra magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah ölkəmizin bir sıra magistral yollarda görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir.

“Report” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat yayıb.

Məlumata görə, martın 25-də ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı gözlənilir.

ƏvvəlkiKamran Əliyev İlyas İsmayılovla görüşüb, medal təqdim edib
NövbətiSon sutkada COVID-19 infeksiyasına 25 yoluxma qeydə alınıb