Son sutkada COVID-19 infeksiyasına 25 yoluxma qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 25 yoluxma qeydə alınıb, 46 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 829 min 328 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 819 min 15 nəfər müalicə olunaraq sağalıb, 10 min 153 nəfər vəfat edib. Aktiv xəstə sayı 160 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 353, bu günə qədər isə ümumilikdə 7 milyon 551 min 588 test icra olunub.

ƏvvəlkiSabah bir sıra magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
NövbətiFransada polis etiraz aksiyasını dağıtmaqdan imtina edərək aksiyanı tərk edib