Sərbəst güləşçilərimizin fərdi dünya kuboku yarışlarındakı ilk rəqibləri müəyyənləşib

Serbiyanın paytaxtı Belqradda güləş üzrə fərdi dünya kuboku yarışları davam edir.

AZƏRTAC xəbər verir ki, sərbəst güləşdə bütün çəki dərəcələri üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin ilk rəqibləri müəyyənləşib.

Millimizin üzvləri İslam Bazarqanov (57 kq) ukraynalı Andrey Yatsenko, Əhmədnəbi Qvarzatilov (61 kq) Fransa təmsilçisi Arman Eloyan, Hacı Əliyev (65 kq) rusiyalı Hacımurad Rəşidov, Gitinoməhəmməd Hacıyev (70 kq) Küveyt idmançısı Mohammed Abdulkərim, Rəşad Yusifli (79 kq) türkiyəli Muhammet Kotanoğlu, Abubakr Abakarov (86 kq) Bolqarıstan pəhləvanı Axmed Maqamayev, Hacımurad Məhəmmədsəidov (92 kq) serbiyalı Strahinya Despiç, Şamil Zubairov (97 kq) Moldova təmsilçisi Samhan Cəbrayılov, Camaləddin Məhəmmədov (125 kq) isə Türkiyə güləşçisi Oktay Güngör ilə qarşılaşacaq.

Qeyd edək ki, bu gün 57, 70, 74, 92, 125, dekabrın 17-də isə 61, 65, 79, 86 və 97 kiloqram çəki dərəcələrində mübarizəyə start veriləcək.

ƏvvəlkiBir gündə küçədə daha 49 koronavirus xəstəsi saxlanıldı
NövbətiTəhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsində paytaxt üzrə 36 layihə qalib olub