Bir gündə küçədə daha 49 koronavirus xəstəsi saxlanıldı

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə veiən məlumata görə, dekabrın 15-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 49 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb və tibbi qaydalar gözlənilməklə yaşadıqları evə qaytarılıblar.

Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə 32 nəfər barəsində cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.

ƏvvəlkiPostlardan keçməyə cəhd edən 175 avtomobil geri qaytarıldı
NövbətiSərbəst güləşçilərimizin fərdi dünya kuboku yarışlarındakı ilk rəqibləri müəyyənləşib