Rusiya Azərbaycana yeni səfir təyin edib

Rusiya Prezidenti Vladimir Putin Mixail Yevdokimovu Azərbaycana səfir təyin edib.

Putin bu barədə müvafiq fərman imzalayıb.

İndiyədək həmin vəzifəni Mixail Boçarnikov icra edirdi.

Qeyd edək ki, Yevdokimov 1981-ci ildən Xarici İşlər Nazirliyi sistemində çalışır. Nazirliyin mərkəzi aparatında və xaricdə müxtəlif diplomatik vəzifələrdə çalışıb.

O, 2011-ci ildən etibarən XİN-də departament direktoru vəzifəsini tuturdu.

ƏvvəlkiAVRO-2024: Estoniya millisi Bakıya ciddi itkilərlə gələcək
NövbətiDaha 22 ailə Laçına qayıdıb