AVRO-2024: Estoniya millisi Bakıya ciddi itkilərlə gələcək

Estoniya millisinin 8 futbolçusu Bakıda Azərbaycan yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununu buraxacaq.

“Report”un yerli federasiyanın rəsmi saytına istinadən məlumatına görə, bunlar Yoonas Tam, Sergey Zenyov, Artur Pikk, Maksim Paskoçi, Morko Lipp, Ken Kallaste, Henrik Pürq və Markus Soometsdir.

Müdafiəçi olan Tamm şəxsi səbəblərə görə komandanın düşərgəsinə qoşulmayıb. Digər 7 oyunçu isə zədə səbəbindən yığmaya kömək edə bilməyəcək.

Qeyd edək ki, iyunun 17-də Bakıda Azərbaycan millisinin qonağı olacaq Estoniya seçməsi 3 gün sonra evdə Belçikanı qəbul edəcək.

ƏvvəlkiPakistanın Baş naziri sabah Azərbaycana səfər edəcək
NövbətiRusiya Azərbaycana yeni səfir təyin edib