Qoşulmama Hərəkatı Gənclər Təşkilatı: Cavabdeh şəxslər məsuliyyətə cəlb edilməlidir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş silahlı hücumu pisləyən bəyanat qəbul edib.

AZƏRTAC xəbər verir ki, bəyanatda silahlı basqın nəticəsində Azərbaycan səfirliyinin əməkdaşlarından birinin həlak olduğu, iki nəfərin isə yaralandığı bildirilir. Qeyd olunur ki, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı silahlı hücumu qətiyyətlə pisləyir.

“Mərhumun ailə üzvlərinə və yaxınlarına, Azərbaycan xalqına başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq. Hadisənin qərəzsiz və hərtərəfli araşdırılmasına, cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsinə çağırırıq”, – deyə bəyanatda vurğulanır.

ƏvvəlkiXorvatiya XİN: Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyirik
NövbətiBMT Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib