BMT Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib

BMT Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib, buna görə məsuliyyət daşıyanlar cəzalandırılmalıdır.

Trend-in məlumatına görə, təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.

“Azərbaycan səfirliyinə hücumu pisləyirik, nəticədə bir nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Mərhumun ailəsinə başsağlığı verir, yaralananlara şəfa diləyirik. Diplomatik nümayəndəliklərə hücumlar beynəlxalq hüquqla qəti şəkildə qadağandır”, – deyə S.Düjarrik qeyd edib.

Onun sözlərinə görə, BMT İran hakimiyyətinin insidentlə bağlı araşdırmaya başladığını qeyd edib. “Ümid edirik ki, hücum edənlər və ya hücum edən şəxs məsuliyyətə cəlb olunacaq”, – deyə BMT sözçüsü bildirib.

ƏvvəlkiQoşulmama Hərəkatı Gənclər Təşkilatı: Cavabdeh şəxslər məsuliyyətə cəlb edilməlidir
NövbətiABŞ-dan Azərbaycan səfirliyinə hücumla bağlı sərt bəyanat