Xorvatiya XİN: Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyirik

Xorvatiyanın Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı ilə bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: “Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyirik. Diplomatik missiyalara qarşı zorakılığa heç bir bəraət qazandırmaq olmaz. Azərbaycan hökumətinə və xalqına başsağlığı verir, bu çətin anlarda düşüncələrimiz zərərçəkənlərin və onların ailələrinin yanındadır”.

ƏvvəlkiAİ Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı başsağlığı verib
NövbətiQoşulmama Hərəkatı Gənclər Təşkilatı: Cavabdeh şəxslər məsuliyyətə cəlb edilməlidir