QHT Quba rayonunda ailə institutunun inkişafında adət-ənənələrin rolu mövzusunda tədbirlər keçirəcək

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ailələrə Sosial Dəstək” İctimai Birliyinin “Ailə institutunun inkişafında adət-ənənələrin rolu” adlı layihəsinə start verilib.

Bu barədə saytımıza ictimai birliyin sədri, layihənin rəhbəri Esmira Rəhimova məlumat verib.

Layihə rəhbəri deyib ki, layihə çərçivəsində Quba rayonunda 3 ay müddətində yeniyetmələrin, gənclərin və valideynlərin iştirakı ilə 6 marifləndirici tədbirin keçirilməsi nəzərdə tutulub. Layihənin həyata kecirilməsində əsas məqsəd gənc nəsil arasında milli-mənəvi dəyərlərin, adət-ənənələrin, ailə dəyərlərinin qorunub saxlanmasının təbliği, ailədə övladlar arasında ayrıseçkiliyin mənfi təsirləri, erkən nikahın fəsadları haqqında tədbir iştirakçılarını məlumatlandırmaqdan ibarətdir.

ƏvvəlkiPrezident İlham Əliyev Moldovanın Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya nazirini qəbul edib
NövbətiEnerji Məsələlərini Tənzimləmə Agentliyi auditor seçib