Qadın şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub

Qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibi bəlli olub.

“Report”un məlumatına görə, titula Gövhər Beydullayeva sahib çıxıb. O, son turda ağ fiqurlarla Zeynəb Məmmədyarovanı məğlub etməklə birinci yeri təmin edib.

Bundan başqa, Nərmin Abdinova Xanım Balacayeva ilə heç-heçə oynayıb. Gülnar Məmmədova Ayan Allahverdiyevanı, Türkan Məmmədyarova Nurtən Nuriyevanı, Xəyallə Abdulla Ləman Hacıyevanı üstələyib.

Beləliklə 11 turda 7,5 xal toplayan Gövhər Beydullayeva ardıcıl ikinci dəfə Azərbaycan çempionatının qalibi olub. Aktivində 7 xal olan Xanım Balacayeva ikinci yeri tutub. Son turda istirahət edən Səbinə İbrahimova 6,5 xalla üçüncü pillədə qərarlaşıb.

Əvvəlki“İllərin sənətkarı” Milli Aşpazlar mükafatına həsr olunmuş “Milli Mətbəxin Muğamı”nın təqdimat mərasimi olub
NövbətiMagistral xətdə baş verən qəza Sumqayıtın bir hissəsini susuz qoyub