“İllərin sənətkarı” Milli Aşpazlar mükafatına həsr olunmuş “Milli Mətbəxin Muğamı”nın təqdimat mərasimi olub

“İllərin sənətkarı” Milli Aşpazlar mükafatına həsr olunmuş “Milli Mətbəxin Muğamı” tədbiri Muğam Mərkəzində, “Azərbaycan Aşpazlar Gildiyası”nın (Azerbaijan Chefs Guild) və Diyar- Az. Gastronomiya xəritəsinin yaradıcısı olan Nigar Əmirbəyova ilə birgə təsis etdiyi Milli mükafatın təqdimat mərasimi olub.

Tədbirdə dövlət və hökumət üzvləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, sahibkarlar, media təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Azərbaycan Aşpazlar Gildiyası”nın sədri İlkin Əkbərzadə çıxış edərək Azərbaycan milli mətbəxi haqqında geniş məlumat verərək, həmçinin “Azərbaycan Aşpazlar Gildiyası”nın fəaliyyəti barədə hesabat təqdim edib. O qeyd edib ki, tədbirin əsas məqsədi milli kulinariya sahəsinin nümayəndələrinə və bu sahənin tanıdılmasında əməyi keçən şəxslərə mükafatların təqdim edilməsidir.

Ölkəmizinin bütün sahələrində qazanılan inkişafdan söz açan İlkin Əkbərzadə söyləyib ki, bütün bunlar Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir.

“Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müasir müstəqil Azərbaycanın inkişafı naminə hər kəs əlindən gələni etməli, ölkəmizin qüdrətinin daha da artmasına çalışmalı, inkişafa yönələn siyasi kursa dəstək verməlidir. Cəmiyyətimizdə bu sahədə aktiv olan çoxsaylı gənclərimiz var, ümid edirəm ki, onlar dövlətimizin çiçəklənməsinə səy göstərərək uğurlu siyasi strategiyaya töhfələr verəcək”, – deyə İlkin Əkbərzadə vurğulayıb.

Çıxış edənlərin arasinda Milli Kulinariya Assosiasiyası rəhbəri Tahir Əmiraslanov, DAİR Hotellər və Restoranlar Assosiasiyası rəhbəri Samir Dübəndi, Dənizli Gənc Aşpazlar Cəmiyyəti rəhbəri Süleyman Kursak olublar.

Təbbir çərçivəsində Azərbaycan aşpazları haqqında film (Bakı Media Mərkəzi), musiqi və rəqs nömrələri təqdim olunub, Şah Plovun kəsilmə mərasimi keçirilib.

ƏvvəlkiBMT Baş Assambleyasının xüsusi sessiyası çağırılıb
NövbətiQadın şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub