Pulsuz verilməli olan müalicə paketləri 50 manata apteklərdə satışa çıxarıldı

Vətəndaşlara pulsuz verilməli olan müalicə paketləri (hansı ki, indi deyirlər çatışmadığı üçün ancaq imtiyazlı xəstələrə verilir) apteklərdə satışa çıxarılıb”.

Pulsuz verilməli olan müalicə paketləriCebhe.info xəbər verir ki, bu barədə həkim Qalib Əsədov “Facebook” hesabında yazıb.

“Bu qədər də yox da. Sizin gözünüz nə vaxt doyacaq?”, – deyə o əlavə edib.

Cebhe.info əməkdaşı da “Nizami” metrostansiyası və Qış parkı ətrafındakı apteklərdə sözügedən paketlərin satışına şahid olub. Paketlərdə hətta TƏBİB-in göstərişi var. Paket ilkin müalicə üçün nəzərdə tutulub, içində vitamin D, C kimi preparatlar var.

Pulsuz verilməli olan müalicə paketləri