Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri oktyabrın 12-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Bişkek şəhərinin “Manas” Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevi Qırğızıstan Prezidenti Sadır Japarov yola saldı.

ƏvvəlkiQubada ictimai şuraların ictimai iştirakçılıqda rolu barədə dəyirmi masa keçirilib
NövbətiAzərbaycanda zəlzələ olub