Prezident İlham Əliyev Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Qanunu imzalayıb

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Şuşa Bəyannaməsi haqqında qanun layihəsini ratifikasiya edib.

Tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsinin imzalanması ilə iki qardaş ölkənin münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib, hərtərəfli əməkdaşlıq istiqamətində yeni üfüqlər açılıb.

ƏvvəlkiAzərbaycan neftinin qiyməti 99 dollara çatır
Növbətiİtaliya öz vətəndaşlarından Ukraynanı tərk etmələrini istəyib