İtaliya öz vətəndaşlarından Ukraynanı tərk etmələrini istəyib

İtaliya Xarici İşlər Nazirliyi öz vətəndaşlarından Ukraynanı müvəqqəti olaraq tərk etmələrini xahiş edib.

AZƏRTAC xəbər verir ki, İtaliya Xarici İşlər Nazirliyinin Böhran Mərkəzi Ukrayna-Rusiya gərginliyi ilə əlaqədar Ukraynaya səyahətlə bağlı şərtləri yeniləyib.

“Mövcud şərait nəzərə alınaraq, vətəndaşları ehtiyat tədbiri kimi müvəqqəti olaraq Ukraynanı tərk etməyə çağırırıq”, – deyə nazirliyin məlumatında deyilir.

Həmçinin xatırladılıb ki, Donetsk, Luqansk və Krıma səyahət etmək qətiyyən tövsiyə edilmir.

İtaliya mətbuatına görə, hazırda Ukraynada iki minədək italyan var və onlarım çoxu paytaxt Kiyevdədir.

İtaliyanın xarici işlər naziri Luici Di Mayo isə qeyd edib ki, ölkəsinin Ukraynadakı səfirliyi istənilən halda fəaliyyətini davam etdirəcək və mühüm vəzifələrdə olmayan işçilər İtaliyaya qayıdacaq.

ƏvvəlkiPrezident İlham Əliyev Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Qanunu imzalayıb
Növbəti“Qarabağ” – “Marsel” klubları arasında cavab oyununun biletləri fevralın 13-dən satışa çıxarılacaq