Azərbaycan neftinin qiyməti 99 dollara çatır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 11-də 98,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,52 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 97,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,51 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 90,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,05 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 97,84 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,41 dollar/barel çoxdur.

ƏvvəlkiSabah üç mindən çox abituriyentin sınaq imtahanı verməsi gözlənilir
NövbətiPrezident İlham Əliyev Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Qanunu imzalayıb