Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edilib

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında yayımlanan “Dərs vaxtı” proqramı dekabrın 18-nə olan cədvələ uyğun yayımlanıb.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, proqramda interyer və eksteryerin bədii tərtibatçısı, kompüter operatoru, dizayner, avtomatika üzrə usta, avtomobil diaqnostikası və təmiri, mehmanxana inzibatçısı, məişət soyuducu və istilik sistemlərinə xidmət üzrə mütəxəssis, avtomobillərin təmiri çilingəri, avtomobil sürücüsü ixtisasları üzrə dərslər təqdim olunub.

Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyi rəsmi “YouTube” (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı “Facebook” (https://bit.ly/34erIjf) səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

ƏvvəlkiAvropa İttifaqı Qarabağ müharibəsində əziyyət çəkən insanlara yardım etmək istəyir
NövbətiGüləşçimiz Əhmədnəbi Qvarzatilov Serbiyada gümüş medal qazanıb